...

Gəncədə Dünya Gənclərinin 25-ci qurultayı başlayıb

Siyasət Materials 8 Avqust 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Gəncədə Dünya Gənclərinin 25-ci qurultayına start verilib. Qurultayda 18 ölkənin müxtəlif gənclər təşkilatlarından 50-ə yaxın nümayəndə iştirak edir. Qurultay "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi və "Gənclərin Mübadilə və Anlaşma Naminə" təşkilatı Avropa kompaniyası ilə "Sən və Mən Avropada" adlı dünya gənclərinin şəbəkəsi çərçivəsində təşkil olunub. Qurultayın Gəncədə keçirilməsinə Avropa Şurası 10 min avro, Gənclər İdman Nazirliyi isə 23 min 660 manat vəsait ayırıb. Bu barədə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin sədri Müşviq Cəfərov məlumat verib. Onun sözlərinə görə, Azərbaycandakı QHT-lər içərisində 2005-ci ildən etibarən "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi Avropa Şurasına tam hüquqlu üzv seçildiyindən Avropa şəbəkəsi ilə tam əlaqələr qurub və bu səbəbdən də qurultayın Azərbaycanda ilk dəfə təşkil olunmasına nail olub.

Cəfərov bildirib ki, avqustun 20-dək davam edəcək qurultay ümumən 3 mərhələ üzrə reallaşacaq.

İlk mərhələdə nümayəndələrin Gəncə ailələrində yerləşdirilməsi, tanışlıq həyata keçirilib. Qəbələdə keçiriləcək növbəti mərhələdə isə iştirakçılara təlimlər keçiriləcək və təlim zamanı gənclərin qloballaşma, demokratiyada fəal iştirakı və fərqlilik mövzusunda müzakirlər aparılacaq. 3-cü mərhələ isə Bakı şəhərində təşkil ediləcək. Son mərhələ gənclərin əl işlərindən ibarət fotoların sərgisi və şəhərin mərkəzi küçələri boyunca fərqlilik nümayiş etdirən paradın təşkili ilə yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti