...

MSK sədri Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Siyasət Materials 14 Avqust 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 18-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. Bu barədə çərşənbə axşamı Bakıda MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumatdə qeyd olunub ki, Pənahovu Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etməyə bu ölkənin MSK sədri dəvət edib. MSK sədri avqustun 15-də Qazaxıstana yola düşəcək və avqustun 22-dək bu ölkədə olacaq. Səfər zamanı Pənahov Qazaxıstan MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşlər keçirəcək. Onu MSK Katibliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov müşayiət edəcək.

Avqustun 18-də Qazaxıstan parlamentinə seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti