...

Milli Məclis deputatları beynəlxalq konfransda iştirak edəcəklər

Siyasət Materials 18 Avqust 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Asiya və Sakit okeanı hövzəsində immun çatişmazlığı ilə mübarizənin aktuallığı, problemin aradan qaldırılmasında dünya dövlətlərinin birgə fəaliyyəti, bu istiqamətdə həyata keçirilən və görülməsi nəzərdə tutulan işlər avqustun 19-dan 25-dək Şri-Lankanin Kolombo şəhərində keçiriləcək VIII Beynəlxalq Konqresdə müzakirə olunacaq. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Azərbaycanı Milli Məclisin İnsan hüquqlari daimi komissiyasının sədri Rəbiyyət Aslanova, deputatlar Məlahət Həsənova və Gültəkin Hacıyeva iştirak edəcəklər.

Tədbirə Parlamentarilərin Qlobal Fəaliyyəti Təşkilatının xətti ilə qatılan Milli Məclis üzvləri məsələyə münasibət bildirəcək, problemin həlli yolları barədə təkliflər verəcəklər.

Xəbər lenti

Xəbər lenti