...

Azərbaycan xarici işlər naziri Gürcüstanda enerji təhlükəsizliyi məsələlərini müzakirə edib

Siyasət Materials 27 Avqust 2007 17:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müxbir N. Kirtsxalia/ Gürcüstan və Azərbaycan XİN-inin rəhbərləri bazar ertəsi Batumidə regional və enerji təhlüksizliyi məsələlərini müzakirə ediblər.

Trend ə Gürcüstan XİN-indən verilən məlumata görə, nazirlər Elmar Məmmədyarov və Gela Bejuaşvili ölkələr arasında mövcud olan əlaqələrin strateji xarakterini xüsusi olaraq vurğulayıblar.

Tərəflər həmçinin ikitərəfli əlaqələrin müsbət dinamikasnı və GUAM və Avropa Qoqşuluq Siyasəti çərçivəsində (ENP) regional əməkdaşlığın genişlənməsi perspektivlərini nəzərdən keçiriblər. Nazirlər iki hakimiyyət orqanı arasında yaxın və kollegial münasibətləri xüsusi olaraq qeyd ediblər.

Gürcüstan XİN-indən bildiriblər ki, avqustun 26-28-də Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili işgüzar səfərlə Batumidə olan Azərbaycanlı həmkarı Elmar Məmmədyarovu qəbul edib. Bejuaşvili qonağı ölkənin dirçəlişi prosesi, "Batumi-Sarpi" sahilyanı zolağı, "Qonio-Apsarosi" qalası, Nobel muzeyi və digər görməli yerləri ilə tanış edib.

Bejuaşvilinin əvvəl verdiyi məlumata görə, o Azərbaycan vətəndaşlarının Acariyaya marağını artırmaq məqsədilə Gürüstanın turist potensialını öz həmkarına göstərmək niyyətindədir.

Azərbaycan və Gürcüstan XİN-inin rəhbərlərinin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində dondurulmuş münaqişələr məsələsi ilə bağlı gələcək məsələhətləşmələrin keçirilməsi məqsədilə əməkdaşlıq etməyi razılaşdıracaqları gözlənilir. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Azərbaycan XİN-inin mətbuat katibi Xəzər İbrahim bildirib.

İbrahimin sözlərinə görə, Azərbaycan XİN-inin rəhbəri səfər zamanı Azərbaycan icmasının nümayəndələri ilə görüşüb.

Xəbər lenti

Xəbər lenti