...

Bakı Caz Mərkəzi mövsümü səs-küysüz açdı

Cəmiyyət Materials 19 Sentyabr 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Caz Mərkəzindən başqa demək olar ki, bütün paytaxt teatrları mövsümü çox səs-küylü açdı. Caz Mərkəzinin art-direktoru Emil İbrahim Məmmədovun "TrendLife"a verdiyi məlumata görə, dünəndən etibarən mərkəzdə konsertlər başlayıb. Burada Akif Süleymanbəylinin və İsfar Sarabskinin qrupu ifa edir. Ayrıca, digər azərbaycanlı cazmenlərin də konserti planlaşdırılır. İlk iri konsert isə çox güman ki, gələn həftə olacaq. Yaxın vaxtlarda isə xaricdən olan müğənninin çıxışı gözlənilir. Sadəcə, bu informasiya tam təsdiqlənməyib. Bakı Musiqi Akademiyasında başlayan təmir işləri yəqin ki, Caz Mərkəzinin inzibati otaqlarını da əhatə edəcək. Bununla əlaqədar olaraq mərkəzdə master-klasslar təmir işləri bitdikdən sonra başlayacaq.

Xəbər lenti

Xəbər lenti