...

Azərbaycanın xalq rəssamı Oqtay Sadıxzadə haqqında film çəkilir

Cəmiyyət Materials 26 Sentyabr 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Azərbaycanın xalq rəssamı Oqtay Sadıxzadə haqqında sənədli filmin çəkilişlərinə hazırlıq işləri başa çatıb. Bu haqda "TrendLife"a "Yaddaş" kinostudiyasından xəbər verilib. Bu yaxınlarda rəssamın həyat və yaradıcılığından bəhs edən iki seriyalı filminin çəkilişlərinə artıq başlanılacaq. Film "Həyatın rəngləri" adlanır. Filmin rejissoru Mübariz Nağıyev, operatoru Üzeyir Abbas, prodüseri isə Xanlar Cəfərovdur.

Xəbər lenti

Xəbər lenti