...

Gülyaz və Gülyanaq bacıları nənələrinin ənənələri ilə yaşayırlar

Cəmiyyət Materials 29 Sentyabr 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /müx. TrendLife Əli Dərviş/

Əməkdar artistlər Gülyanaq və Gülyaz Məmmədova bacıları həmişə səhnəyə eyni geyimdə, eyni saç düzümündə, hətta eyni makiyajda çıxırlar. İmiclərindən nəsə dəyişiklik edə bilərlər, amma... Gülyanaq Məmmədovanın TrendLife-a verdiyi məlumata görə: "Bizi səhnədə eyni geyimdə görməyə hər kəs öyrəşib. İş ondadır ki, hələ uşaqlıqdan nənəmiz bizə eyni paltar alırdı. İndi artıq böyümüşük, hərəmiz bir ailə sahibiyik, lakin hələ də eyni geyimlər alırıq. Əlbəttə , bizim səhnə imicimizi hamı birmənalı qarşılamır. Hətta biz bir dəfə ayrı-ayrı geyimlərdə səhnəyə çıxmışdıq, təəssüf ki, tamaşaçılar bununla bağlı öz iradlarını bildirmişdilər. Biz ikimiz də Azərbaycanın əməkdar artistiyik. Əgər əvvəllər biz şöhrət arxasınca qaçırdıqsa, hazırda bilirik ki, bu işdə bizə səhnə imici kömək edir. Məhz buna görə də gələcəkdə də çalışacayıq, eyni paltarlarda səhnəyə çıxaq.

Xəbər lenti

Xəbər lenti