...

Ədliyyə Nazirliyi yeni qeydə alınan QHT-lərin adlarını açıqlamır

Cəmiyyət Materials 2 Oktyabr 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyi bir neçə Qeyri-Hökumət Təşkilatını (QHT) qeydə alıb. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Lakin nazirlik qeydə alınan QHT-lərin adlarını heç bir səbəb göstərmədən açıqlamır.

Nazirlikdən çərşənbə axşamı Trend ə bildirilib ki, ölkədə 2500-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınıb, 3600-ə yaxın mətbu nəşri təsis olunub.

Nazirliyin bazar ertəsi keçirilən Kollegiya iclasında QHT-lərin qeydiyyatı ilə yanaşı prezidentin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərmanının icrası ilə bağlı görülmüş işlər müzakirə edilib.

Kollegiyada həmin fərmana uyğun olaraq yeni yaradılmış regional ədliyyə şöbələrinin fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər müzakirə olunub, regionlarda müasir tələblərə cavab verən yeni penitensiar müəssisələrin inşasının davam etdirildiyi bildirilib.

İclasda birinci instansiya məhkəmələri aparatlarının yeni strukturunun və məhkəmələrdə kargüzarlığın aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi, məhkəmələrdə icra və əmək intizamının təmin olunması məqsədilə yoxlamaların və monitorinqlərin keçirilməsi, habelə hakimlərin peşə səviyyəsinin artırılması ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti