...

Azərbaycanda hüquq-mühafizə orqanları satışdan təxminən 1000-ə yaxın dərslik müsadirə edib

Cəmiyyət Materials 5 Oktyabr 2007 14:52 (UTC +04:00)

Azərbaydcan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycanın hüquq-mühafizə orqanları satışdan 1000-dən çox dərslik müsadirə edib. Bu barədə cümə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, dərsliklər şagirdlərə pulsuz paylanmalı idi. Müsadirə olunan dərsliklər Təhsil Nazirliyinə təqdim edilib, satıcılar saxlanılıb. Hazırda istintaq aparılır.

2006-cı ildə "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf haqqında" və "Orta məktəblər üçün dərsliklərin nəşri və paylanması haqqında" dövlət prqramlarına müvafiq olaraq məktəblilərin dərsliklərlə təmin edilməsi üçün 6 mln. manat vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti