...

"Azəri Star +" ilk efir həyəcanı geridə qaldı

Cəmiyyət Materials 16 Oktyabr 2007 02:05 (UTC +04:00)
"Azəri Star +" ilk efir həyəcanı geridə qaldı

Azərbaycan, Bakı, 16 oktyabr/müx. TrendLife Şahin Cavadsoy/

TrendLife-ın istifadəçiləri çox yaxşı bilirdilər ki, dünən, yəni 15 oktyabr tarixində "Azəri star Production" "Space" televiziyasında "Azəri star+" adlı yeni layihəyə start verəcəkdi. Bu haqda istər yerləşdirdiyimiz banerdə, istərsə də gün ərzində təzələnən xəbərlərimizdə ətraflı məlumatlar vermişik. Bəli artıq yazdıqlarımı əyani görmək üçün biz də TrendLife olaraq yarışmanın baş tutacağı məkana düz yarımsaat öncə, təxminən 20.30 radələrində yollandıq. Canlı efirin başlamasına sayılı dəqiələr qaldığında Rəşid Behbudov adına Mahnı Teatrında çox qızğın abu-hava hökm sürürdü. Səhnədə son tamamlanma işləri uğurla sona çatır, iştirakçı olacaq 17 finalçı isə "gözləmə otağı"nda yavaş-yavaş öz yerlərini alırdılar. Məlumat üçün bir daha qeyd edirik ki, "Azəri star Production"ın rəhbərliyinin gəldiyi qərara görə "Azəri star+" da indiyə kimi keçirilmiş "Azəri Star" müsabiqələrinin ən yaxşı performans göstərmiş 17 gənc ifaçı yer alıb. Özü də on yeddiliyə düşən iştirakçıların hər biri 80 nəfər eks "Azəri Star"ın arasında seçilib. Onların kimliyi ötən gün "Space"in canlı yayımında sizlərə məlum olsa da, biz də adları və SMS nömrələrin təkrarlamağı lazım bilirik: (Əgər fotoqrafımız Eminin canlı yayım böyunca həm səhnədə, həm də pərdə arxasında çəkmiş olduğu şəkillər sizlərə də maraqlı gələcəksə, mütləq Trend.Photo-dakı fotoları diqqətdən qaçırmayın)

Aygün Sükürova (SMS nömrəsi: 6571)

Ramil Bağırov (6572)

Pərviz Abdullayev (6573)

Zarina Məmmədova (6574)

Vüsalə Seyidova (6575)

Ülviyyə Tağıyeva (6576)

Cavid Qafarov (6578)

Həmidə Hüseynova (6579)

Elmir Qəhrəmanov (6581)

Vüsalə Həsənova (6582)

Vüqar Namazov (6583),

Yeganə Dünyamalıyeva (6584)

Sənan Əliyev (6585)

İlahə Cəfərova (6586)

Vaqif Şıxəliyev (6587)

Şəbnəm Rəsulova (6588)

Nicat Cəfərov (6589)

Bəli məhz bu ardıcılıqla iştirakçılar 21.08 radələrində səhnədə öz rəqslərini nümayiş etdirmiş "Spayder" şou-baletinin üzvlərindən sonra, öz istedadlarını nümayiş etdirməyə başladılar. Yarışmanın aparıcıları Əkbər Əlizadə və Lətafət Cəfərova olsalar da nədənsə ilk salamlaşmada səhnədə Lətafətlə bahəm, layihənin rəhbəri Kemal Cenk İçten aparıcı kimi göründü. Dəstək verən sponsorlara edilən təşəkkürdən sonra, müsabiqənin çoxdan gözlənilən anına strat verildi. Səsi yenə də "gözləmə otağı"dan eşidilən Lətafət, səhnəyə ilk olaraq SMS nömrəsi 65 71 olan Aygün Sükürovanı yola saldı. Onun ardınca yuxarıda adların bir-bir yazdığımız iştirakçılar öz məharətlərini göstərdilər. "Azəri Star+" il kefir həyəcanı yaşasa da maraqlı və bəzi qalmaqal doğura biləcək hadisələri ilə mütləq tamaşaçıların müzakirəsinə çıxacaq. Ülviyyə Tağıyeva, Cavid Qafarov, Elmir Qəhrəmanov, Vüsalə Həsənovanın çıxışları zalda əyləşən izləyicilər tərəfindən xüsusi rəğbətlə qarşılandılar. Onu da vurğulayaq ki, oktyabrın 17-si saat 22:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək müsabiqənin növbəti mərhələsini həftənin birincisi gələn SMS-lərin nəticəsində bəlli olacaq. Həftənin cümə axşamı, cümə, şənbə və bazar günləri isə0 saat 18:00-dan 18:30-dək "Azəri star+ gündəliyi" adlı yarım saatlıq proqram efirə gedəcək. Bu işi isə öz üzərinə "Space"in "Bazar" verilişin yaradıcı heyəti - rejissor Aynurə Tahirqızı və Ceyran Nəriman öz üzərinə götürüblər. Maraqlısı ondadır ki, layihəyə mətbuat katibliyi etməyi qalmaqallı jurnalist imicindən çox, yeni müğənni kimi ad çıxarmağa səy göstərən həmkarım Cavanşir Babəlioğlu öz üzərinə götürüb. Bir xəbəri də deyək ki, bu gündən başlayaraq TrendLife da yarışma daxili qruplaşmalardan da agah olacaqsınız. Odur ki, gün ərzində yayacağımız xəbərlərimizə biganə qalmayın.

Xəbər lenti

Xəbər lenti