...

Azərbaycan öz ərazisində gürcü kilsəsinin bağlanılması barədə məlumatı təkzib edir

Cəmiyyət Materials 16 Oktyabr 2007 14:57 (UTC +04:00)
Azərbaycan öz ərazisində gürcü kilsəsinin bağlanılması barədə məlumatı təkzib edir

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın Qax rayonundakı yeganə gürcü kilsəsinin bağlanılması barədə məlumat Azərbaycan və Gürcüstan arasında ikitərəfli əlaqələri gərginləşdirməyə yönəlib. Bunu çərşənbə axşamı Bakıda Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bəyan edib.

"Azərbaycan tolerant dövlətdir və hər hansı bir kilsənin bağlanılması mümkün deyil",-deyə İbrahim bildirib.

Gürcüstanın "İnformasiya və sənədləşmə mərkəzi" qeyri-hökumət təşkilatının oktyabrın 15-də verdiyi məlumata görə, Kurmuxi kəndindəki kilsənin qapıları lövhələrlə bağlanılıb və gürcülər ora buraxılmırlar.

QHT iddia edir ki, qapıları, kilsənin yenidən açılacağı təqdirdə, gürcüləri fiziki zorla hədələyən azərbaycanlılar bağlayıb.

Bu gün Gürcüstanın ombudsmanı Azərbaycanlı həmkarı Elmira Süleymanovaya müraciət ünvanlayıb. Gürcüstanın Xalq müdafiəçisinin aparatından Trend ə verilən məlumata görə, məktubda Azərbaycanın Qax rayonunun Kurmuxi kəndində gürcü kilsəsinin bağlanılması barədə yayılan məluatlardan narahatlıq ifadə olunub.

Xəbər lenti

Xəbər lenti