...

Rusiyalı əlcək sahibi Vadim Tokaryev Azərbaycanın peşəkar boksçusu Əli İsmaylovla qarşılaşmadan imtina edib

Cəmiyyət Materials 20 Oktyabr 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Rusiyalı əlcək sahibi Vadim Tokaryev Azərbaycanın peşəkar boksçusu Əli İsmaylovla qarşılaşmadan imtina edib.

İdmançının Trend ə verdiyi məlumata görə, o, rəqibi ilə təkrar qarşılaqşmanın mümkünlüyü ilə bağlı danışıb, lakin rədd cavabı alıb. "Biz Vadimlə bu yaxınlarda Moskvada Sultan İbrahim ilə Evander Holifild arasında baş tutan qarşılaşma zamanı təkrar görüşün keçirilməsi perspektivini müzakirə etdik. Lakin o, bu təşəbbüsü qəbul etmədi. Amma V.Tokaryevi başa düşmək mümkündür. Çünki onun karyerası sona yaxınlaşır, mənsə,

peşəkar rinqdə özümü təsdiq etməyi davam etdirirəm" - deyə o bildirib. Boksçumuz

Dekabrın 8-də H.Əliyev adına İdman-Konsert Kompleksində WBO-Latino kəmərinin müdafiəsinə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti