...

Azərbaycan Ordusunun polkovnik-leytnantına 8 il iş verilib

Cəmiyyət Materials 22 Oktyabr 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Silahlı Qüvvələrinin Mühafizə Briqadasının həbsdə olan sabiq komandir müavininə 8 il iş verilib. Trend in məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə təkrar rüşvət almaqda ittiham olunaraq 8 il azadlıqdan məhrum edilən Rasim Muradovun polkovnik-leytnant hərbi rütbəsindən məhrum edilməsi üçün Müdafiə Nazirliyinə təqdimat göndərilib.

Məhkəmənin hökmü ilə razılaşmayan Muradov məhkəmə prosesində vəkili vasitəsilə apellyasiya şikayəti verəcəyini deyib.

Prokuror məhkəmədəki çıxışında Muradova əmlakı müsadirə olunmaqla 9 il iş verilməsini istəmişdi.

İyulun 24-də həbs olunan polkovnikə qarşı Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2-ci) maddəsi ilə ittiham irəli sürülüb.

Muradov barəsində mart ayında Mühafizə Briqadasının komandiri, polkovnik Mirzəli Yusifov tərəfindən cinayət işi açılıb.

İbtidai istintaq zamanı Muradova rüşvət alma və vəzifədən sui-istifadə ilə bağlı ittihamlar üzrə sübut tapılmadığı üçün bu ittihamlar onun üzərindən götürülüb.

Xəbər lenti

Xəbər lenti