...

"QAFQAZ" "Oskar"ı udacaq?

Cəmiyyət Materials 24 Oktyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /müx. TrendLife Günel Əhmədova

"Fərid Hümbətovun filminin "Oskar"ın süzgəcindən keçə biləcəyi məlum deyil. Bildiyiniz kimi, hər il müsabiqəyə yüzlərlə film göndərilir. Mükafatın təsisçiləri 5 nominantı bunların arasından seçib mükafatlandırır. Hümbətovun filmi ora düşsə, çox sevinərik. Amma bir o qədər ümidli deyilik. Ona görə ki, sözügedən şəxslə bağlı qəribə məlumatlar eşidirik. Onun filmlərinin harada, necə çəkdiyi bizə məlum deyil. Halbuki, Fərid Hümbətovun özəl "Metropol" kino şirkəti Kinematoqrafçılar İttifaqının təsisçiliyi ilə yaradılmışdı. Sonradan fəaliyyət istiqamətini dəyişdi. Sözügedən "Qafqaz" filminin süjet xətti barədə heç bir informasiyam yoxdur". Bu sözləri Kinematoqrafçılar İttifaqının katibi Abbas Əliyev TrendLife-a, rejissor Fərid Hümbətovun çəkdiyi "Qafqaz" filminin "Oskar" müsabiqəsinə təqdimatı ilə bağlı yaydığı xəbərinə münasibət bildirərkən söylədi. Amerika kino akademiyasının mükafatına sahib olmaq üçün müsabiqəyə ilk dəfə olaraq, Azərbaycanda çəkilən film təqdim edilib. Hümbətov ikinci ekran əsərinin müsabiqənin komissiyasından keçəcəyini əminliyini bildirib. Kino tənqidçilərinin fikrincə isə, bu il "Oskar" mükafatını almağa ən şanslı film Kann festivalının qalibi olmuş "Dörd ay, üç həftə, iki gün" "Rumıniya, rejissor Kristian Munqiu) hesab olunur. Manuel de Oliveyranın "Həmişə gözəl" filmi də şanslı namizədlər sırasındadır. Abbas Əliyev sonda mövzuya əlavə olaraq bildirdi ki, müsabiqəyə qatılmazdan əvvəl burada "Oskar"ın komitəsinin yaradılması şərtdir. O, ötən il təşkilat komitəsinə müraciət ünvanlandığını və məsələnin növbəti ildə həllini tapacağını qeyd etdi.

Xəbər lenti

Xəbər lenti