...

İkinci Habil Kaman bir də dünyaya gəlməyəcək-bu fikri tanınmış incəsənət xadimləri əminliklə söyləyir

Cəmiyyət Materials 24 Oktyabr 2007 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Dünən Dövlət Filarmoniyasında xalq artisti, tanımış kaman ustası Habil Kamanın (Əliyev) həm 80 illik yubileyi, həm də dövlət başçısı tərəfindən layiq görüldüyü "İstiqlal" ordeni mükafatı ilə əlaqədər böyük bayram tədbiri düzənləndi. Habil Kaman sənətinə verilən yüksək qiymətdən məmnunluqla danışan tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, "kamançanın atası"na olan təbriklərini TrendLife- vasitəsilə ünvanladılar:

Xalq şairi Zəlimxan Yaqub: "Habil Kaman elə böyük bir sənətkardır, onun sənətini sözlərlə ifadə etməkdə şəxsən mən çox çətinlik çəkirəm. Tam əminliklə söyləmək olar ki, ikinci Habil Kaman bir də dünyaya gəlməyəcək. O, sənətinin bütün sirlərini mükəmməl bilir və qoyduğu irsi bu gün də laiyqincə davam etdirir. Allah ona can sağlığı versin. İnşallah, onu 90, 100 illiyində də həmişə belə gümrah görək".

Xalq artisti Məleykə Əsədova: "Habil müəllim barəsində danışmaq məsuliyyətli və çətindir. Sənətdən az-çox məlumatı olanlar bilirlər ki, onun sənəti necə böyük bir dəryadır. Səmimiyyətimlə söyləyirəm ki, əhvalımın istənilən anında mən Habil müəllimin dilləndirdiyi kamana qulaq verib, dincəlirəm. O, böyük sənətkardır. Tanrı onu qorusun. Qoy həyat eşqi heç zaman onu yalnız buraxmasın".

Xalq artitsi Yaşar Nuri: "İnanın, bu gün, həqiqətən, sevincimin həddi-hüdudu yoxdur. Heç ağlıma da gəlməzdi ki, mən nə vaxtsa xalq artisti kimi, belə bir böyük sənətkarın ünvanına öz təbriklərimi ünvanlayacam. Demək, Allah-Təala bunu da qismətimə yazıbmış. Nə deyə bilərəm, Habil Kaman haqqında? Tanrı onu bu yaşında da tükənməz enerjidən əskik etməsin. Zənnimc,ə hər bir azəri övladı fəxr etməlidir ki, Habil Kaman kimi bir sənətkar bizim torpağın yetişdirdiyi oğuldur. Bundan belə daha 150, 200 il ömür sürsün".

Xəbər lenti

Xəbər lenti