...

Gəncədə 20 dini icma fəaliyyət göstərir

Cəmiyyət Materials 25 Oktyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhərində vəhabilər və "Yeqova Şahidləri" dini təriqətinə xidmət edənlər fərdi olaraq müəyyən məkanlarda birləşirlər, cümə axşamı Trend in bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətindən bildiriblər. Məlumata görə, şəhərdə 20 dini icma fəaliyyət göstərir. Onlardan 11-i islam, 9-u isə qeyri-islam yönlüdür. Qeyri-islam dini icmalar Aleksandr Nevsk Pravoslav, Xristian Baptist dini icması, 7-ci günün adventistləri (3 icma), Şərqdə Ulduz Xristian İncil Protestant, İsa Məsih kilsəsi-dini icması, Xristian Baptist İncil kilsə ittifaqı və Yeni Apostol dini icmalarıdır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti