...

Röyanın konsertinin vaxtı dəyişib

Cəmiyyət Materials 31 Oktyabr 2007 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr /müx. TrendLife Günel Əhmədova/

Röyanın ilin sonuna nəzərdə tutulan konsertinin tarixində dəyişiklik edilib. Konsertin təşkilatçısı, "Ses Orqanization"in rəhbəri Nahid Emiloğlunun TrendLife-a verdiyi açıqlamasında bildirilir ki, dekabrın 6-dan 9-a nəzərdə tutulan konsert həmin ayın 20-23-nə keçirilib. Təşkilatçı həmin tarixdə dövlət tədbirinin keçirilməsini səbəb göstərdi. Xatırladaq ki, 4 günlük musiqili proqram Opera və Balet Teatrında təqdim ediləcək. Müğənni tamaşaçılara sevilən mahnıları ilə yanaşı, yeni bəstələr də təqdim edəcək. N.Emiloğlu- "Röya sevənlərini şou və müxtəlif səhnə effektləri ilə təəccübləndirəcək"- dedi.

Xəbər lenti

Xəbər lenti