...

Kinorejissor Hüseyn Mehdiyev: "Azərbaycan İctimai Televiziyası audio-vizual film yaradıcılarının müəllif hüquqlarını pozur"

Cəmiyyət Materials 13 Noyabr 2007 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /müx. Eldar Hüseynzadə/ Yaxın vaxtlarda Peşəkar Kinorejissorlar Gildiyasının iclası keçiriləcək. Bu haqda TrendLife-a məlumat verən qurumun rəhbəri Hüseyn Mehdiyev iclasda bəzi məsələlərin müzakirə olunacağını deyib: "İTV yeganə kanaldır ki, film istehsalçılarının icazəsi olmadan audio-vizual əsərləri yayımlayır. Bu telekanal yayımladığı filmlərə görə nə icazə alır, nə hər hansı müqavilə bağlayır, nə də qonarar ödəyir. Dekabrda keçirdiyimiz iclasda bu özbaşınalığa son qoymaq üçün lazımi ölçü götürəcəyik".

Xəbər lenti

Xəbər lenti