Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ . Azərbaycanın qadınlardan ibarət yığma komandasının voleybolçuları Eyndhovendəki təsnifatönü turnirdə axırdan ikinci yeri tutduqdan və gələn il Almaniyada keçiriləcək lisenziya yarışlarına düşə bilmədikdən sonra istirahət etməyə macal tapmayacaqlar.
Bu, "AzərReyl"in də iştirak edəcəyi Çempionlar liqasında qrup mərhələsinin başlanması ilə əlaqədardır. Nəzərə alsaq ki, yığma komandamızın özəyini məhz həmin klubun oyunçuları təşkil edirlər, idmançılar nəfəslərini dərməyə çatışmayacaqlar.
Artıq ikicə həftədən sonra "AzərReyl" Odintsovo şəhərinin "Zareçye" komandası ilə görüşəcək. İkinçi turda bakılıların rəqibi Türkiyənin "Fənərbağça", bunun ardınca Polşanın "Kalitsiya" klubları olacaq.
Xatırladaq ki, dizində cərrahiyyə əməliyyatı aparılmış Yelena Parxomenko, həmçinin dekret məzuniyyətindən hələ qayıtmamış Oksana Məmmədyarova doğma kollektivə bu dəfə fayda verə bilməyəcəklər.