...

"A-trio" qrupu dağılıb?

Cəmiyyət Materials 14 Noyabr 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

"8-104" verilişinin növbəti qonağıının "A-trio" qrupu olacağını dünən xəbər vermişdik. Qeyd edək ki, bu qrup öz imici, ifa tərzi ilə digərlərindən fərqlənir.

Nəsib Nurun bu gunku qonağı-"A-trio" verilişin əvvəlində mahnı ifa etdi. Daha sonra qrupun dağılması barədə deyilənlərə aydınlıq gətirildi.

"Gördüyünüz kimi, qrupumuz dağılmayıb. Bir yerdəyik. Sadəcə, Zaur bizi tərk edib. Amma qayıtmaq isətəsə, gözümüz üstə yeri var. O, həqiqətən də super ifaçıdır"-deyə, "A-trio"çular bildirdilər.

Yaradıcılıq sahəsinə gəldikdə isə, qrup üzvlərinin sözlərindən belə məlum oldu ki, bu yaxınlarda onların yeni albomu işıq üzü görəcək: "Bundan əlavə, yeni klip çəkdiririk. Digər layihə Abbasla işbirliyimizdən ibarətdir. Amma layihə barədə ətraflı məlumat vermək istəmirik. İnşaallah, bu yaxınlarda hamı bu layihə barədə hər şeyi biləcək".

Beləcə, "8-104" verlişi başa çatdı. Verilişin sabahkı qonağı müğənni Rəqsanə olacaq.

Xəbər lenti

Xəbər lenti