...

Azərbaycanın yeni regional telekanalı yayıma başlayıb

Cəmiyyət Materials 15 Noyabr 2007 15:27 (UTC +04:00)
Azərbaycanın yeni regional telekanalı yayıma başlayıb

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanın şimal-şərq bölgəsini əhatə edən yeni regional telekanal bu gündən yayıma başlayır. Trend in məlumatına görə, cümə axşamı Xaçmaz rayonunda yeni "R-TV" telekanalının açılış mərasimi olub.

Telekanalın baş direktoru Rüstəm Əliyev bildirib ki, "R-TV" Azərbaycanda tam rəqəmsal sistemlə işləyən ilk və hələlik yeganə telekanaldır. Telekanalın 1,5 meqabayt gücündə ötürücüsü var və o, dörd rayonun ərazisinə yayımlanacaq.

Müsabiqə yolu ilə peşəkar kadrlar telekanala cəlb olunub. "R-TV" gün ərzində 12-16 saat yayımlanacaq, saat 11.00-da, 17.00 və 19.30-da "Xəbərlər" proqramı efirdə olacaq.

Telekanal rəhbərinin sözlərinə görə, verilişlərin 60 faizi onun öz məhsulu olacaq.

Açılışda iştirak edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanal, zahiri görünüşünə görə gözəl binaya malikdir, həmçinin maddi-texniki bazası, kadr potensialı baxımından bütün regional telekanllar içərisində ən irəli gedən telekanaldır. Məhərrəmli əlavə edib ki, yeni regional kanalın bu imkanları sevindiricidir.

Telekanalın binasının lenti kəsildikdən sonra qonaqlar binanın içərisi ilə, kanalın studiyaları, otaqları, texniki bazasıyla tanış olublar. Açılışdan sonra binanın qarşısında konsetr prqoramı təşkil olunub, Azərbaycanın musiqi sənətçiləri ifalarını təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti