...

"Trend"in baş direktoru şirkətinin parlaq gələcəyinə inanır (video)

Cəmiyyət Materials 3 Dekabr 2007 14:57 (UTC +04:00)
"Trend"in baş direktoru şirkətinin parlaq gələcəyinə inanır (video)

Azərbaycan, Bakı / Trend / "Mən Trend informasiya agentiliyi jurnalistlərinin parlaq gələcəyinə inanıram" - deyə Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov KİV nominasiyasında agentliyə "İlin ən yaxşı şirkəti" mükafatının təqdimetmə mərasimində bildirib.

1995-ci ildə təsis edilən və özündə dörd informasiya agentliyini birləşdirən Trend müstəqil informasiya agentliyi "Kütləvi İnformasiya Agenliyi" nominasiyasında Azərbaycanın "Consulting & Business" işgüzar jurnalının "İlin ən yaxşı şirkəti" mükafatına layiq görülüb. 2006-cı ilin yekunlarına əsasən də Trend analoji nominasiyada ilin ən yaxşı şirkəti elan olunmuşdu.

Hüseynovun sözlərinə görə, Trend kommersiya brendinə çevrilib. "Bu gün biz heç vaxt olmadığı kimi mənəvi dəstəyə ehtiyac duyuruq, belə ki, Trend agentliyinin unikal jurnalist komandası dünyanın informasiya mühitində rəqabət aparmağa çalışır. Mən inanıram ki, bu mükafat bizim üçün əlavə stimul olacaq" - deyə Hüseynov bildirib.

Trend in baş direktorunun sözlərinə görə, şirkətin keçdiyi yol Azərbaycanda informasiya mühitinin inkişafına yardım edəcək.

"Biz fəxr edirik ki, bizim nailiyyətlərimiz Azərbaycanın uğurlarının daha geniş beynəlxalq auditoriyaya çatdırılmasında rol oynayır" - deyə Hüseynov qeyd edib.

Xəbər lenti

Xəbər lenti