...

Azərbaycan diaspor təşkilatları Heydər Əliyevin anım gününü qeyd edirlər

Cəmiyyət Materials 11 Dekabr 2007 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın eks-prezidenti Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə əlaqədar, müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən anım mərasimləri keçirilir. Bu barədə çərşənbə axşamı Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin keçirdiyi anım mərasimində, bu ölkədə yaşayan türk və türkmən diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər. Cəmiyyətin rəhbəri Samir İman Heydər Əliyevin həyatı və fəaliyyəti, müstəqil Azərbaycanın inkişafı yolunda gördüyü böyük işlər barədə danışaraq bildirib ki, onun ideyalarını və siyasətini bu gün layiqli davamçısı, Prezident İlham Əliyev həyata keçirir. Anım mərasimində milli liderin həyatını və ictimai-siyasi xadim kimi fəaliyyətini əks etdirən film nümayiş olunub, foto-stendlər hazırlanıb.

Dekabrın 12-də, Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı, Böyük Britaniyanın paytaxtı Londonda, Niderland Krallığının Amsterdam şəhərində, Çexiyanın Brnoda şəhərində, Estoniyanın paytaxtı Tallində, Litva, Latviya və digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri müxtəlif tipli tədbirlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti