...

M.F.Axundov adına Dövlət Kitabxanası Misirin "İskəndərriyə" kitabxanası ilə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 18 Dekabr 2007 23:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/ Dekabrın 23-dən 28-ə kimi Misirin "İskəndərriyə" kitabxanasının direktoru İsmayıl Seragəldinin Azərbaycana səfəri gözlənilir. Bu haqda TrendLife-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib.

İsmayıl Seragəldi səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək, dekabrın 25-də isə M.F.Axundov adına və "İskəndəriyyə" kitabxanaları arasında birgə əməkdaşlıq sazişi imzalanacaq.

O, Heydər Əliyev Fondunda, BDU-da, İqtisadiyyat və Xəzər universitetlərində də olacaq.

Xəbər lenti

Xəbər lenti