...

Müğənni Elariz Vladimr İliç Leninin obrazında

Cəmiyyət Materials 22 Dekabr 2007 14:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr /müx. TrendLife Günel Əhmədova/

Klip bazarına "Gəl desən, gələrəm" adlı növbəti mahnısının görüntüləri ilə çıxan müğənni Elariz bu ayın 26-ı bir daha kamera önünə keçərək, musiqisi Eldar Mansurova, sözləri Pənah Rüstəmə məxsus olan "Gəl, sevimli yar" adlı mahnısına klip çəkdirəcək. Ənənəyə sadiq qalaraq, müğənni yeni klipinin rejissor missiyasını yenə də Rəhman Əliyevə həvalə edəcək. Qarşıdan gələn ilin ilk aylarında isə bəstəkar Nadir Əzimova məxsus yeni mahnısını ekranlaşdıracaq. Bu barədə TrendLife-a müğənni özü məlumat verib.

Bu günlərdə doğum gününü qeyd edən müğənni digər həmkarlarından fərqli olaraq bu əlamətdar günü təntənəli şəkildə deyil, ailəsi ilə birgə istirahət mərkəzlərinin birində qeyd edib. Amma köhnə illə yeni ilin astanasında müğənni ailəsi ilə birgə ola bilməyəcək. Çünki həmin gecə istirahət mərkəzlərindən aldığı sifarişlərə əsasən yeni il münasibətilə düzənlənəcək şou proqramlarda çıxışlar edəcək.

Yein il gecəsi telekanallarda yayımlanacaq bayram proqramlarında da görünəcəyini deyən Elariz ANS kanalında daha fərqli ampluada çıxış edəcəyini diqqətə çatdırdı. Həmin kanalda şoumen Kamran Həsənlinin hazırladığı yeni il proqramında Elariz müğənni kimi çıxış etməklə yanaşı, həm də Vladimr İliç Leninin obrazında görünəcək. Müğənninin etirafına görə, rolun öhdəsindən o məharətlə gəlib və bayram proqramına çəkilən Rus Dram Teatrının aktyorları onu alqışlayıblar.

Xəbər lenti

Xəbər lenti