...

Gəncədə Qafqazın ən böyük tortu kəsilib

Cəmiyyət Materials 24 Dekabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/Azərbaycan prezidentinin doğum günü, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Gəncə şəhərində Qafqazda ilk dəfə olaraq ən böyük tort kəsilib. 15 metr uzunluğunda olan tort şəhərin mərkəzi meydanında kəsilib.

Tortun uzunluğu 15 metr, eni 4 metr, hündürlüyü isə 14 m-dir. Tortun hazırlanmasına 700 kq un, 630 kq şəkər tozu, 13000 ədəd yumurta, 14 kq kakao, 90 kq ləpə, 150 litr süd, 120 kq kərə yağı, 6 kq gilas sərf olunub.

Tortun müəllifi Gəncədə "Nurgül" LTD şirkətinin sahibi, türk iş adamı Müzəffər Agüloğludur. Onun sözlərinə görə,10 nəfər şirniyyatçı ilə birgə hazırlanan tort üçün 5 min manata yaxın vəsait xərclənib. 3 ton 200 kq ağırlığında olan tortun üzərində Kəpəz dağı, Göy-gölün əksi vardır. Həmçinin, Gəncənin müxtəlif yerlərindən 18 rəsm şirniyyatın üzərində yer alıb.

Şirniyyatın hazırlanması 7 gün çəkib. Bu münasibətlə təşkil olunan ümumşəhər bayram tədbirinə qatılan şəhərin icra başçısı Eldar Əzizov şirniyyatın hazırlanmısı ilə bağlı təşəbbüsün və dəstəyin yerli iş adamlarından gəldiyini, həmçinin ölkə prezidentinin ad gününə də həsr olunduğunu bildirib. Tort mərkəzi meydana toplaşan 3 mindən artıq şəhər sakininə paylanılıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti