...

Azərbaycan idmançıları cari ildə kifayət qədər lisenziya qazanıblar – MOK-un vitse-prezidenti

Cəmiyyət Materials 26 Dekabr 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Azərbaycan idmançıları Pekin üçün cari ildə kifayət qədər lisenziya qazanıblar" - deyə qrum qərargahında keçirilən İcraiyyə Komitəsinin iclası zamanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

O qeyd edib ki, idmanın bir necə növü, xüsusilə güləş, boks, taekvando və cüdo üzrə vakansiya çatışmazlığına baxmayaraq, bu növlər üzrə kvalifikasiya yarışları gələn il də davam etdiriləcək.

"Eyni zamanda gimnast və ağır atletlərimiz öz vəzifələrini maksimum yerinə yetiriblər. Gimnastlarımız dünya çempionatında üç lisenziya qazanıblar. Ağırlıq qaldıranlarımız isə Olimpiadada beş nəfərdən ibarət heyətlə təmsil olunacaqlar. İidmanın digər növləri üzrə mübarizə davam etdirilir" - deyə Huseynzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti