...

Vətəndaşlıq hüququ verilmiş Koreya taekvandoçuları lisenziya turnirində Azərbaycanı təmsil edə bilərlər

Cəmiyyət Materials 27 Dekabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Vətəndaşlıq hüququ verilmiş Koreya taekvandoçuları taekvando üzrə Azərbaycan yığmasının heyətində yanvar ayının sonunda İstanbulda keçiriləcək lisenziya turnirində çıxış edəcəklər.

Trend in verdiyi məlumata görə, Yanq Enq Enin rəhbərliyi altında qadınlardan ibarət yığmanın məşqçi qərərgahı bu yarışda Koreya idmançılarına üstünlük vermək niyyətindədir. Onların rəyinə görə, komanda Pekinə vakansiya qazanmaq üçün böyük şansa malikdir. Bunula yanaşı, Azərbaycan vətəndaşlığı verilmiş idmançılar artıq bir neçə aydır ki, Bakıda məşq edirlər.

Kişilərdən ibarət komandanı İstanbulda Rəşad Əhmədov ( 80 kq) və Niyaməddin Paşayev ( 68 kq) təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti