...

Mən bütün yaşıdlarım üçün güclü rəqibəm - müğənni Xatirə İslam

Cəmiyyət Materials 17 Yanvar 2008 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı,17 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Ötən ilin sonlarında "Cehiz" dükanını açıb, "biznes ledi"lər cərgəsinə qoşulmuş Xatirə İslam indi də "birinci özüməm" açıqlamasıyla şou-meydanda meydan sulayır. Müğənni TrendLife-a etiraf etdi ki, aylardan bəri "ulduz xəstə"liyinə düçar olub və bu səbəbdən də səhnədə yalnız Xatirə İslam adlı sənətçini özünə rəqib bilir: "Mən bütün yaşıdlarım üçün güclü rəqibəm. Ona görə də həmkarlarımla hansısa yarışa girmirəm. Qoy başqa müğənnilər bu sözlərimdən inciməsinlər. Çünki onlar da mənim qədər xalqın sevgisini hiss etsəydilər, mütləq bu qənaətdə olardılar. Bir tərəfdən də zirvəyə çıxmaq çox asanlaşıb, indi amma birinciliyi qorumaq hər müğənninin işi deyil. Ancaq reallıq göstərir ki, Xatirə İslam öz yolunda qürurla addımlayır".

Xəbər lenti

Xəbər lenti