...

Azərbaycan turizmi Dehlidə beynəlxalq festivalda təqdim olunub

Cəmiyyət Materials 20 Fevral 2008 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Dehlidə keçirilən Beynəlxalq Turizm Festivalı başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Zöhrə Əliyevanın TrendLife-a verdiyi məlumata görə, festivalda turizm şöbəsinin rəhbəri Aydın İsiyev, Mahir Qəhrəmanov iştirak edib. Hindistanın paytaxtında festival çərçivəsində Azərbaycan haqqında müxtəlif ədəbiyyatlar da təqdim olunub.

Bundan əlavə, fevralın 21-dən 24-nə qədər Milanda BİT2008 adlı daha bir turizm festivalı keçiriləcək. Orada isə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Bəxtiyar Qılıncov və Vüqar Şıxməmmədov iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti