...

Azərinin yeni klipi ABŞ-da nümayiş etdiriləcək

Cəmiyyət Materials 20 Fevral 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Cavid Osmanov/

TrendLife artıq Azərinin "Bağışlama bizi, Vətən!" adlı klipinin çəklişlərinə başlaması barədə xəbər vermişdir. Ekran əsəri artıq hazırdır. Klipdə bizim tarixi kadrlardan, 20 yanvardan tutmuş, Qarabağ müharibəsinə qədər hər şey əks etdirilib.

Qeyd edək ki, klip artıq Youtube beynəlxalq video portalında yerləşdirilib. Bu o deməkdir ki, bir çox insanlar ermənilərin necə millət olduğunun şahidi olacaqlar.

Klip fevralın 26-da -- Xocalı soyqırımı günündə ABŞ-da keçiriləcək tədbirdə nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti