...

Ququşun Bakıya gəlişi reallaşır

Cəmiyyət Materials 22 Fevral 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /müx.TrendLife Şahin Cavadsoy/

Məşhur İran müğənnisi Ququşun mayın ortalarında Bakıya gələcəyi xəbəri yerli mətbuatın diqqətindədir. Qastrol səfərinin hansı şirkət tərəfindən təşkil ediləcəyi dəqiq yazılmasa da, öyrənə bildik ki, sənətkarın vətənimizə gəlişini "Gülağa Qəmbərov Fondu" reallaşdıracaq. Qeyd edək ki, dəfələrlə sözügedən müğənninin konsert proqramını həyata keçirmək üçün bir sıra şirkətlər cəhd göstəriblər. TrendLife-a verilən məlumata görə, xeyriyyəçiı Gülağa Tənhanın təşəbbüsü ilə baş tutacaq konsert proqramının, şəhərin "Yaşıl Teatr Bakı Konsert salonu"nda keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti