...

Azərbaycanın qrup məşqləri üzrə komandası Estoniyadakı turnirdə "bürünc" qazanıb

Cəmiyyət Materials 25 Fevral 2008 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycan gimnastları bu mövsüm beynəlxalq arenada qazanılan medalların hesabını açdılar.

Azərbaycan Gimnastika Federasyasının mətbuat xidmətinin bildirdiyinə görə, Bolqariyada bütün ayı təlim məşqlərində keçirən qrup məşqləri üzrə Azərbaycan komandası Estoniyada "Miss Valentina" turnirində öz rəqiblərinə göstərdilər ki, bütün dünyada tanınan "Levski" klubunda məşqlər hədər yerə getmir. Qrupun məşqçisi Mariana Vasileva müxtəlif növlər üzrə yarışın gedişatından (31.73 xal) - gümüş medallardan razı qalıb - xüsusən də ikinci olan Ukrayna komandası bizim kollektivi cəmi yüzdə beş xalla qabaqlayıb. Birinci yeri Rusiya tutub.

Təknövcü gimnastlara gəldikdə isə, Anna Qurbanova yekunda 62.98 xal toplayaraq yüksək 5-ci yeri tutub, Zeynəb Cavadlı isə - 32 iştirakçı arasında 13-cü olub (56 xal). "Miss Valentina" adına Ukraynadan mütləq dünya çempionu Anna Bessonova layiq görülüb. Vitse-miss ukraynalı gimnast Natalya Qodunko, üçüncü - İrina Kikkas, dördüncü - Rusiyalı Aleksandra Yermakova olub.

Gənclər arasında yarışda Nigar Əbdüsəlimova iplə 16-cı (21 xal), Səbinə Abbasova isə halqa ilə 42 rəqib arasında 19-cu (20.03) olub.

Xəbər lenti

Xəbər lenti