...

Azərbaycan hökuməti dindarların prezident seçkisində fəal iştirakını təmin etmək niyyətindədir

Cəmiyyət Materials 7 Mart 2008 11:56 (UTC +04:00)
Azərbaycan hökuməti dindarların prezident seçkisində fəal iştirakını təmin etmək niyyətindədir

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda keçiriləcək prezident seçkisində dindarların səsvermədə fəallığını artırmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dindarların iştirakı ilə "2008-ci il: dindarlar seçici kimi" mövzusunda seminar-treninq keçirilib. "Əsas məqsəd dindarların seçki prosesində fəal iştirakının təmin edilməsi və bu sahədə maarifləndirmə işinin aparılmasıdır" cümə axşamı seminar-treninqdə çıxışı zamanı Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Azərbaycanda 458 dini icma qeydə alınıb. Bunlardan 31-i qeyri-islam dini icmalarıdır.

Orucov deyib ki, hər bir seçkidə din amilindən müəyyən məqsədlər üçün istifadə etmək istəyən qüvvələr olur. Ona görə də dövlət-din münasibətləri sistemində dindar və seçki münasibətlərinə diqqət yetirmək, mövcud qanunvericiliyi nəzərdən keçirmək, aydınlaşdırılmasına ehtiyac duyulan məsələlərlə bağlı fikir mübadiləsi aparılmalıdır.

Tədbirdə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçki hüququ olan bütün vətəndaşlar kimi, inanclı insanlar da ölkənin həyatında mühüm əhəmiyyət daşıyan proseslərdə dövlətin maraqlarına xidmət etməklə yaxından iştirak etməlidirlər. "Azərbaycanda demokraitik seçkilərin keçirilməsi üçün vəzifəsindən, mövqeynidən, dinə etiqadından, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşlar fəal iştirak etməlidir. Dini icmalar bu sahədə aktivlik nümayiş etdirməlidirlər. Onların seçki proseslərinə münasibəti daha təsirli ola bilər" MSK sədri əlavə edib

Xəbər lenti

Xəbər lenti