...

Azərbaycan Prezidenti əfv fərmanı imzalayıb (əlavə olunub)

Cəmiyyət Materials 18 Mart 2008 17:15 (UTC +04:00)
Azərbaycan Prezidenti əfv fərmanı imzalayıb (əlavə olunub)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə bu gün əfv fərmanı imzalayıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib.

Əfv fərmanı 59 nəfərə şamil edilib. Onlardan 58-i cəzadan azad edilib, 1 nəfərin cəzası isə yarıya qədər azaldılıb.

Fərmanla bağlı əlavə məlumat veriləcək.

1995-ci ildən indiyədək 44 əfv fərmanı imzalanıb. Əvvəlki 43 fərmanla 4600-ə yaxın məhkum əfv olunub. Sonuncu əfv fərmanı ötən il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə verilmiş, 119 məhkuma şamil edilmişdi.

Xəbər lenti

Xəbər lenti