...

Ruslar və fransızlar BMT-də Qarabağa dair Qətnamənin qəbuluna mane olmaq üçün bütün vasitələri işə saldılar – səfir

Cəmiyyət Materials 18 Mart 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın BMT-dəki səfiri Aqşin Medtiyevlə Trend un müsahibəsi

- Bir neçə gün əvvəl BMT Baş Assambleyası "Azərbaycanın işğal olunmuş ərazlərində vəziyyət haqqında" Qətnamənə qəbul edib. Siz sənədin qəbul olunmasını , həmçinin, onun məhz Baş Assambleya tərəfindən qəbul olunması faktını necə şərh edərdiniz ?

- Əvvəla, bu günə qədər heç bir beynəlxalq təşkilat Ermənistan-Azərbaycan münaqişəsi üzrə bu qədər əhatəli və eyni zamanda, bu qədər konkret sənəd qəbul etməyib. Qətnamənin əsas müddəaları bunlardan ibarətdir: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsipi üzrə aliliyin təsdiq edilməsi. Bununla yanaşı, beynəlxalq hüququn digər prinsip və ya normaları ilə əlaqadar heç bir paralel və qeydlərə yol verilmir. Azərbaycanın işğal olunmuş ərazilərindən bütün Ermənistan Silahlı Qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılması tələbi... Əvvəllər ermənilər tez-tez bilridirdilər ki, digər beynəlxalq sənədlərdə işğalçı qüvvlərin qeyri-müəyyən xarakter daşıdığı xatırlanır və Ermənistan Silahlı Qüvvələri nəzərdə tutulmur. Hazırkı Qətnamədə söhbət hər hansı bir istisna və üstüörtüülü söz olmadan bütün işğalçı qüvvələr barədə gedir. Sənəd növbəti dəfə bütün qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnu təsdiq edir, erməni işğalı nəticəsində yaranan status-kvonun beynəlxalq ictimaiyyət tərəfindən normal, qanuni şəkildə qəbul edilmə mümkünsüzlüyünü bəyan edir, beynəlxalq vasitəçilərin səylərinə dəstək ifadə edir - burada, ilk növbədə, ATƏT-in Minsk Qrupundan söhbət gedir və nəhayət, sənəd BMT Baş katibinə xüsusi məruzənin hazırlanması və onun BMT Baş Assambleyasının 63-cü sessiyasına təqdim edilməsi təklifini özündə əks etdirir. Bundan əlavə, Baş Assambleya hazırkı məsələni 63-cü sessiyanın gündəliyinə daxil edilməsini tövsiyyə edir. Qətnamənin qəbul edilməsi faktına gəldikdə isə, bunları qeyd etmək lazımdır: BMT Baş Assambleyası dünyada ən əsas və ən iri hökumət və dövlətlərarası forumdur və nə zaman ki, Baş Assambleya hər hansı bir qərar qəbul edir, bu, müzakirə olunan məsələ üzrə beynəlxalq ictimaiyyətin ümumi mövqeyini əks etdirir. Konkret olaraq bizim vəziyyətdə demək olar ki, Baş Assambleya gələcək nizamlanmanın əsas konturlarını - dünya ictimaiyyətinin onu necə gördüyünü təsvir edib. Digər sözlə, bizim münaqişənin nizamlanması üzrə öz prinsiplərimiz var və "təkər ixtira etmək" lazım deyil.

- Ermənistan tərəfi deyir ki, BMT Baş Assambleyasınn qərarı məcburi deyil, tövsiyyə xarakteri daşıyır və nəticə etibarilə, onu yerinə yetirməmək olar.

- Siz tamamilə haqlısınız. Görünür, onlardan başqa şey gözləmək olmazdı. Siz yəqin ki, ermənilərin növbəti diplomatik uğurumuza görə bizi təbrik edəcəklərini düşünmürdünüz?! Lakin mən fikirləşirəm ki, biz Ermənistanın reaksiyasını deyil, dünya ictimaiyyətinin reaksiyasını əsas götürməliyik, çünki məhz bu, nizamlanmanın siyasi-hüquqi bazasını yaradır. Sonuncu isə, BMT Baş Assambleyasında konkret və aydın şəkildə ifadə olunub. Nəzərə alın ki, Minsk Qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa bizə qarşı səs verdilər. Bununla yanaşı, əgər amerikalılar bizə qarşı xüsusi olaraq çıxmağa cəhd göstərməsələr də, ruslar və fransızlar birmənalı olaraq Qətnamənin qəbul olunmasına mane olmaq üçün bütün vasitələrdən istifadə etdilər. Bizdə olan məlumata görə, məhz rus və fransızların təzyiqləri nəticəsində bir sıra ölkələr son dəqiqələrdə öz mövqelərinə yenidən baxmağa məcbur olaraq Azərbaycanın xeyrinə səs verməkdən çəkinib. Belə vəziyyət bizə artıq öz dəstəyini bildirmiş Avropa İttifaqına üzv ölkələr, həmçinin, KTMT-yə üzv ölkələr, Rusiyanın siyasi əlaltıları arasında belə vəziyyət mövcud idi. Yeri gəlmişkən, Özbəkistanın mövqeyini qeyd etmək istərdim. Bu ölkə, heç nəyə baxmayaraq, prinsipiallıq göstərdi və bizim xeyrimizə səs verdi. Şübhəsiz ki, İKT və GUAM-a üzv ölkələr, o cümlədən digər dövlətlərə minnətdarlıq edilməlidir. Mən bir çox belə misallar gətirə bilərəm. Mən bitərəf qalan ölkələri məzəmmət etməzdim. Bildiyinizə görə, bütün ölkələr Azərbaycan kimi müstəqil xarici siyasət aparmaq və təzyiqə davam gətirmək iqtidarında deyil. Sadəcə olaraq, Qətnamə uğrunda mübarizənin aparıldığı şəraiti və bu və ya digər dövlətin bu Qətnaməyə hansı mövqedən səs verməsini nəzərə alaraq, deyə bilərəm ki, bundan sonra biz də bəzi ölkələrlə ikitərfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Yeri gəlmişkən, sizə deyə bilərəm ki, səsvermə bitdikdən sonra bir sıra ölkələrin nümayəndələri artıq bizimlə əlaqə saxlayaraq, texniki səbəblərdən bu səsvermədə iştirak edə bilməmələri ilə bağlı üzrxahlıqlarını bildiriblər. İran isə, Baş Assambleya Katibliyinə yazılı bildiriş göndərərək bildirib ki, bu ölkə Qətnaməni dəstəkləmək niyyətindədir. Hazırkı fakt üzrə müvafiq məlumat Baş Assambleyanın rəsmi sənədlərndə öz əksini tapacaq. Biz ümumilikdə vəziyyətin inkişafını görürdük və buna görə də sənədin səsverməyə çıxarılması qərarına gəldik. Sizin diqqətinizi ona yönəldirəm ki, Qətnamə layihəsinin rəsmi təqdim olunması anından onun Baş Assambleyada təsdiq edilməsinə qədər cəmi üç həftə keçib. Presedentsiz hadisədir! Bir növ, "Diplomatik blitskriq"dir. Biz istədiyimizə nail olduq.

- Bəs Minsk Qrupunun həmsədrləri necə? Onlar deyirlər ki, Qətnamədə onların bütün təklifləri nəzərə alınmayıb, Qətnamənin özü isə, "balanslaşdırılmayıb"?

- Minsk Qrupunun həmsədrlərinə qiymət vermək mənim işim deyil, lakin güman edirəm ki, bu dəfə onlar bunun əleyhinə səs verməklə, çox böyük səhv etdilər. Onlar vəziyyəti dəyişdirməyi bacarmadılar. Hindistan, Anqola və Vanuatadan başqa onları heç kim dəstəkləmədi. İndi mən fikirləşirəm ki, bir çoxları sual verəcək: bundan sonra onlarla necə işləmək olar?! Qətnamədə onların bütün təkliflərinin nəzərə alınmaması və balanslaşdırılmamış olmasına dair onların tezisinə gəldikdə isə o, heç bir tənqidə layiq deyil. Onların təklifləri Qətnamənin bütün müddəalarını nəzərə almalıdır, nəinki əksinə. Qətnamə BMT Baş Assambleyasının sənədidir. Onun əlayhinə, səsvermədə iştirak edən 146 ölkədən cəmi yeddi dövlət səs verib. Bu isə, onların adlandırdığı kimi, "balanslaşdırılmış" ola bilməz, çünki təcavüz və təcavüz qurbanı arasında "balans" olmayıb və ola da bilməz!

Əgər onlar Qətnamədə nəyisə bəyənməyiblərsə, öz mövqelərini bildirmək üçün müvafiq bəyanatlar edə bilərdilər və səsvermədə iştirak etməyə və ya ümumiyyətlə, səs verməyə bilərdilər. Lakin aydın şəkildə erməniyönlü mövqe tutmaq?! Burada onların müşavirləri açıqcasına canfəşanlıq etdilər. Bizdə olan məlumatlara görə, insaf naminə qeyd etmək lazımdır ki, amerikalılar son dəqiqələrə qədər onun əleyhinə səs vermək istəmirdilər və bu qərardan qaçmaq üçün imkan axtarırdılar, lakin ruslar və frnasızlar onlara "təzyiq" göstəriblər.

- Kosovo ilə bağlı nə deyərdiniz? Yenə də Kosovo ilə Dağlıq Qarabağ arasında hansısa bağlılıq mövcuddurmu, burada paralel aparmaq olarmı və Kosovo ətrafında baş verən hadisələrin Azərbaycanın BMT-dəki bu fəaliyyətinə har hansı bir təsiri barədə danışmaq münasibdirmi?

- Kosovo heç bir halda Qarabağ üçün presedent ola bilməz. Ən böyük fərq ondan ibarətdir ki, bizim Ermənistanla münaqişəmizdə söhbət iki dövlət arasında münaqişədən gedir. Bu ölkələrdən biri olan Ermənistan bilavasitə üçüncü dövlətin, muzdlular və bir qrup beynəlxalq təşkilatların köməyinə və iştirakına arxalanaraq, digər suveren dövlətin - Azərbaycanın ərazilərini işğal edib və müxtəlif səbəblərlə zəb etdiyi əraziləri özünə birləşdirməyə cəhd edir. bununla yanaşı, işğalçılar zəbt olunmuş ərazilərdə təbii faydalı qazıntıların çıxarılmasını həyta keçirir, gəlirləri mənimsəyir, bu ərazilərdən çıxarılmış Azərbaycan əhalisinin bütün əmlakını qəsb edərək Ermənistan aparır, adları çəkilən ərazilərdə demoqrafik vəziyyəti dəyişməyə istiqamətlənmiş tədbirlər həyata keçirir və nəhayət, mədəni və tarixi irsi məhv edərək, bu torpaqların azərbaycanlılara məxsus olduğunu sübut edən izləri ləğv etməyə cəhd edir. Burada öz müqəddaratını təyin etmək baradə danışıqlar ümumiyyətlə yersizdir.

Əgər kimsə mümkün paralel və müqayisə aparmaq barədə danışmaq istyirsə, mən ermənilərin Qarabağdakı fəaliyyətini ikinci dünya müharibəsindəki nasistlərlə müqayisə edərdim. Xatırlayın Dansiq dəhlizi - Laçın dəhlizi, Sudet almanları - Qarabağ erməniləri, arilərin irqi üstünlüyü və ermənilərin istisnalığı, Miatsumda anşlüs və Ermənistan siyasi elita nümayəndələrinin anti Azərbaycan və anti-türk bəyanatları və Qebbel təbliğatı. Məgər oxşar deyil? Məncə, çox oxşardır. Lakin əsas həmişə xatırlamaq lazımdır ki, bütün bunlar "arilər" üçün nə ilə nəticələndi.

- Bəs indi? Bundan sonra nə kimi planlar mövcuddur?

- Bəzi planlar mövcuddur, lakin hər şeyin öz vaxtı var. İndi isə, yəqin ki, GUAM Qətnaməsi üzərində işi başa çatdırmaq, Baş katibin məruzəsinin hazırlanmısı üzərində işləmək lazımdır.

Xəbər lenti

Xəbər lenti