...

AFFA-nın İcraiyyə Komitəsinə seçkilər zamanı narazılıq yaranıb

Cəmiyyət Materials 28 Aprel 2008 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinə (İK) yeni üzvlərin seçkisi zamanı narazılıq yaranıb. "Səsvermədə bülletenlər mənim ziyanıma dəyişdirilib" bazar ertəsi AFFA-da keçirilən səsvermədə İK-nin üzvlüyünə seçilməyən "Futzal" Federasiyasının prezidenti Habil Qurbanov deyib.

İclasda İcraiyyə Komitəsinin üzvlüyünə 15 namizəd irəli sürülüb. Komitə 10 üzvü ilə təmsil olunur. Qurbanov əvvəlki seçkidə İK-nın üzvü seçilmişdi.

Qurbanov deyib ki, ona verilən səslər gizlədilib. "Azərbaycanın "Futzal" üzrə milli komandasının uğurları hamıya bəllidir. Bu uğurların əldə olunmasında xidmətlərim olub" Qurbanov əlavə edib.

Futzal üzrə yığma komanda fevralda Çexiyada keçirilən dünya çempionatının seçmə mərhələsində Ermənistan millisi üzərində 9:1 hesabıyla qələbə qazanıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Qurbanovun narazılığı ilə bağlı məsələnin araşdırılacağını deyib.

İK üzvlüyünə seçilməyən namizədlərdən biri isə "Qarabağ" futbol klubunun prezidenti Tahir Gözəl olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti