...

Bakı Corc Buşun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı tənqidi çıxışlarını əsassız sayır (video)

Cəmiyyət Materials 3 May 2008 13:42 (UTC +04:00)
Bakı Corc Buşun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı tənqidi çıxışlarını əsassız sayır (video)

Azərbaycan, Bakı, 03 may / Trend , müxbir Q.Cəbiyev/ Rəsmi Bakı ABŞ prezidenti Corc Buşun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı tənqidi çıxışlarını əsassız sayır.

"Hesab edirəm ki, ABŞ prezidenti Corc Buşun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı verdiyi bəyanat səhv verilmiş məlumatlar əsasında olan bir bəyanatdır", - deyə şənbə günü Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib.

ABŞ prezidenti Corc BuŞ hər il mayın 3-də qeyd olunan Beynəlxalq Mətbuat Günü ilə bağlı bəyanatla çıxış edib. O, söz azadlığının daha çox pozulduğu ölkələrin adlarını sadalayıb və ilk dəfə olaraq, bu dövlətlər arasında Azərbaycanın da adını çəkib.

Mehdiyev ABŞ Dövlət Katibi Kondoliza Raysın da oxşar fikir söyləməsini qeyri- ciddi addım adlandırıb. "Belə çıxır ki, Gürcüstanda və Ermənistanda, ümumiyyətlə, bütün məsələlər çox gözəl həll olunub, Azərbaycan isə, regionda geridə qalan bir ölkədir",- Mehdiyev deyib.

Onun sözlərinə görə, Raysın məntiqindən belə çıxır ki, Ermənistanda fevral-mart aylarında baş vermiş hadisələr Azərbaycanda da baş verməlidir ki, Rays Azərbaycan haqqında müsbət bir fikir söyləsin.

Mehdiyev əlavə edib ki, belə bəyanatların verilməsi Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkisi ilə bağlıdır.

"Hər dəfə seçki ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar, xarici qurumlar çalışırlar ki, Azərbaycana müəyyən təzyiqlər göstərirlər. Burada müəyyən məqsədlər var. Azərbaycan öz yolu ilə gedir. Əgər söhbət qarşıdan gələn prezident seçkisindən gedirsə, bir daha bəyan edirəm ki, seçkilər şəffaf və demokratik şəraitdə keçiriləcək. Ola bilsin ki, Azərbaycanın tarixində olmayan demokratik bir seçki olsun".

Xəbər lenti

Xəbər lenti