...

Balet ulduzları Anna Doroş və Yan Voyna Bakıya gələcəklər

Cəmiyyət Materials 13 May 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /müx. TrendLife Eldar Hüseynzadə/

Mayın 24-də Bakıda Petra Çaykovskinin "Qu gölü" baleti nümayiş olunacaq. Bu tamaşa hər il tamaşaçılara təqdim olunur və böyük anşlaqla qarşılanır. TrendLife-ın verdiyi məlumata görə, bu dəfə adıçəkilən tamaşada tanınmış balet ulduzları Anna Doroş, Yan Voyna iştirak edəcək.

Anna Doroş-Ukraynanın xalq artisti, Dövlət Opera və Balet Teatrının solistidir. O, dünyanın bir çox səhnələrində böyük uğurla çıxış edib. Bir çox festivalların və beynəlxalq müsabiqələrin qalibidir. Bu Doroşun Bakıya üçüncü gəlişidir. Bundan əvvəl o, iki dəfə Opera və Balet teatrının səhnəsində çıxış edib.

Yan Voyna-çex baletinin ulduzudur. O, da həmçinin bir neçə beynəlxalq müsabiqələr laureatıdır, Praqada Opera və Balet teatrının solistidir.

"Qu gölü" tamaşasında Gülağası Mirzoyev, Rimma İskəndərova, Kamilə Hüseynova, Yuriy Lobaçev, Samir Səmədov da iştirak edəcəklər. Baletin dirijoru xalq artsiti Cavanşir Cəfərovdur.

Xəbər lenti

Xəbər lenti