Azərbaycan, Bakı, 16 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının dünya çempionatının (DÇ) seçmə mərhələsində uğurlu çıxış edə bilməməsinin səbəbi hazırlıq üçün vaxtın az olması olub. "Cəmi on gün hazırlıq keçdik. Amma Portuqaliya və başqa ölkələrin komandaları seçmə mərhələyə əla hazırlıq keçərək qatılmışdı", cümə günü Trend a Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli deyib.
Azərbaycanın çimərlik futbolçuları seçmə mərhələdə İtaliyaya 2:4, Yunanıstana 1:5 hesabı ilə uduzaraq Norveç komandasını 3:2 hesabı ilə məğlub edib. İki məğlubiyyətdən sonra seçmə mərhələnin Avropa zonasının C qrupunda mübarizə aparan yığma komanda final mərhələsinə çıxmaq şansını itirib.
Çimərlik futbolu üzrə yığma komandanın baş məşqçisi braziliyalı Qustavo Enrike Silvadır.
Xəlilbəyli deyib ki, dünya çempionatındakı iştirakdan sonra yığma komandada 50 faiz dəyişiklik olacaq. "Milli komandaya Braziliyadan oyunçular dəvət etməyi düşünürük" - deyə AÇFF rəsmisi əlavə edib.
İyunda Bakıda həvəskar çimərlik futbolçuları arasında turnir keçiriləcək. Turnirdə iştirak pulsuzdur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]