...

Azərbaycanın əməkdar rəssamı Sara Manafovanın xatirəsinə həsr olunmuş uşaq sərgisi açılıb

Cəmiyyət Materials 23 May 2008 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. TrendLife Eldar Hüseynzadə/

Bu gün Muzey Mərkəzində Tusi adına Uşaq Yaradıcılıq Gimnaziyasının uşaqları sərgidə iştirak ediblər. TrendLife-ın verdiyi xəbərə görə, sərgi görkəmli rəssam Sara Manafovanın xatirəsinə həsr olunmuşdu. "Tusi adına Gimnaziya 1991-ci ildə yaradılıb və onun ilk təsviri incəsənət müəllimi əməkdar rəssam Sara Manafova olub. Artıq neçə ildir ki, bu məktəb fəaliyyət göstərir. Hər il müxtəlif sərgilər təşkil edirik. Onun sayəsində burada İsmayıl Məmmədov, Qayur Yunusov, Aytən Rzaquliyeva, Arif Hüseynov kimi müəllimlər çalışıb. Gimnaziyamızda uşaqlar həm çalır, həm oxuyur, həm də ingiliscə danışırlar"-deyən məktəbin direktoru Sudabə Manafova gimnaziyanın uşaqlar üçün dəyərli olduğunu da vurğuladı. Tədbirə gələn qonaqlar arasında əməkdar rəssam İsmayıl Dadaşov da var idi. "Bir dəfə mən Gimnaziyada Sara xanımı əvəz etməli oldum. Səbəb isə Sara xanımın bir aylıq Almaniyaya ezamiyyətə getməsi idi. İndiyənə qədər o günləri unuda bilmirəm. Uşaqlara müxtəlif tapşırıqlar verirdim. Onlar həmin tapşırıqların öhdəsindən layiqincə gəlirdilər. Bir ay uşaqlarla işlədiyim müddətdə onların müsbət enerjisi mənə də keçmişdi".

Xəbər lenti

Xəbər lenti