Azərbaycan, Bakı, 26 may / Trend , müxbir R.Ergün/ Dünən "Olimpik Star" idman kompleksində Trend Xəbər Agentliyinin təşkil etdiyi mini futbol üzrə "Aznet Kuboku"nun dördüncü oyunu keçirilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) hakimi Ramiz Məhərrəmovun idarə etdiyi oyunda "Young Diplomats" ilə "Terimakasi" komandaları üzə-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda qapılara ümumilikdə beş top vurulub.
Görüşdə ilk qolu "Young Diplomats" komandasının oyunçusu vursa da, sonrakı dəqiqələrdə "Terimakasi" qələbəni təmin edə bilib. "Terimakasi" hər hissəsi 20 dəqiqə olan oyunun sonuna kimi dörd qol vuraraq qələbəni təmin edib. "Young Diplomats" komandasının matçın əvvəlində vurduğu qolun davamı gəlməyib.
Hər iki komanda D qrupunda yer alır. Bu oyundan sonra "Terimakasi" komandası öz qrupunda liderliyi ələ keçirib.
"Aznet Kuboku"nda saytı olan 12 komanda iştirak edir. Turnirin 1/4 finalında qruplarda ilk iki yeri tutmuş komandalar oynayacaqlar: A1-C2, C1-A2, B1-D2, D1-B2.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]