Azərbaycan, Bakı, 27 may / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Gənclər birliyi" futbol klubunun növbəti mövsümdən etibarən, birinci divizionda oynayacağı müəyyənləşib. Bu futbol üzrə Premyer-Liqanın dünən keçirilən sonuncu turunun oyunlarından sonra məlum olub.
"Gənclər birliyi" klubu Bakının "Standard" komandası ilə oyunda 2:3 hesabı ilə məğlub olub.
Dünən keçirilən daha bir oyunda Tovuzun "Turan" komandası "Bakı" ilə oyunda 2:2 hesablı nəticə qazanıb. Bu oyundan sonra "Turan"-ın növbəti mövsümdən etibarən, yenə Premyer-Liqada müvarizə aparacağı dəqiqləşib.
Dünən daha bir oyun keçirilib ki, "Masallı" klubu "Karvan" komandasını 4:1 hesabı ilə məğlub edib.
Növbəti mövsümdən etibarən, "ABN" və "Gənclər birliyi" birinci divizionda, "Bakılı" və "MOİK" komandaları Premyer-Liqada mübarizə aparacaqlar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]