...

Mini futbol üzrə "Aznet Kuboku"nun növbəti oyunu əzmkar qələbə ilə yadda qalıb

Cəmiyyət Materials 2 İyun 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir R.Ergün/ Dünən "Olimpik Star" idman kompleksində Trend Xəbər Agentliyinin təşkil etdiyi mini futbol üzrə "Aznet Kuboku"nda həlledici oyunlardan biri keçirilib.

İlk turda keçirilən oyunda "Smart Systems" komandasına 3:6 hesabı ilə uduzan "Penya Baku" neftçhipfk.com-la görüşdə mütləq qələbə qazanmalı idi. Çünki "Penya Baku" bu oyunda da uduzmaqla "Aznet Kuboku"yla vaxtından əvvəl vidalaşmalı olacaqdı. Oyun gözləniləndən də maraqlı keçdi. Artıq görüşün əvvəlində "Penya Baku" hesabı açmaqla rəqibi əməlli-başlı özündən çıxartdı. Amma "neftçilər" nə qədər hücum etsələr də, rəqibin keçilməz müdafiəsi ilə üz-üzə qalırdılar. Bu isə neftçhipfk.com komandasının futbolçularının tez-tez hakimlə mübahisə etməsinə səbəb olurdu. Rəqiblərin növbəti qolu vurmaq üçün bütün səylərinə baxmayaraq, matçın ilk hissəsində əlavə top vurulmadı.

İkinci hissədə isə meydana sanki başqa bir neftçhipfk.com komandası çıxdı. "Ağ-qaralar" rəqib qapısına elə hücum edirdi ki, sanki onların "ikinci nəfəsi" açılmışdı. Rəqibi əks-hücumda yaxalamağa çalışan "Penya Baku"nun oyunçuları da boş oturmurdular. Onlar bir neçə epizodda hesab arasındakı fərqi artıra bilərdilər. Amma hücumçuların zərbə anında dəqiq oynamaması "bakılılar"ın arzusunu gözündə qoyurdu. Yetərincə gərgin və maraqlı keçən oyunda növbəti qol vurulmayınca, "Penya Baku" qələbəni bayram etdi - 1:0.

C qrupunda yer alan bu komandaların oyunundan sonra turnir cədvəlinə "Smart Systems" başçılıq edir. "Penya Baku" ikinci sırada, "neftçilər" isə sonuncu pillədədir. Növbəti turda keçiriləcək "Smart Systems" - neftçhipfk.com görüşü 1/4 finala vəsiqə qazanacaq komandaların adlarına aydınlıq gətirəcək. Xatırladaq ki, final mərhələsinə hər qrupda ilk iki yeri tutan komandalar vəsiqə qazanır. Turnirdə saytı olan 12 komanda iştirak edir.

Xəbər lenti

Xəbər lenti