...

MDB səhiyyə nazirləri Bişkekdə toplanacaq

Cəmiyyət Materials 2 İyun 2008 17:02 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 02 iyun / Trend , müxbir R.Məşədihəsənli/ İyunun 3-4-də Avrasiya İƏT üzvü olan Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanın Səhiyyə nazirlərinin 4-cü görüşü keçiriləcək.

Görüşdə üzv ölkələrin "Sağlamlıq proqramı" siyasətinə dair bir sıra məsələlərin müzakirəsi, o cümlədən yoluxucu xəstəliklər sayılan AİDS, vəba, quş qripinə qarşı mübarizə, Avrasiya İƏT üzvü dövlətlərin vətəndaşlarına ən müasir texnoloji tibbi yardımın göstərilməsi yolları, əhalinin dərman preparatları ilə təmin olunması, yüksək ixtisaslı tibb kadrlarının hazırlanması, elmi diplomların tanınması və s. məsələlər müzakirə ediləcək.

Səhiyyə nazirlərinin Bişkek görüşündə AİDS və digər yoluxucu xəstəliklərə qarşı regional Fondun yaradılması və Avrasiya İƏT-ın "Xalqın sağlamlığı" proqramı layihəsinin müzakirəsi də gündəmdədir.

Avrasiya İƏT 2000-ci ildə təsis olunmuş və əsas məqsədi sərbəst ticarət, bölgə gömrük ittifaqı, vahid iqtisadi məkan yaratmaqdan ibarətdir. Hazırda Avrasiya İƏT tərəfindən "Sosial inkişaf proqramı" həyata keçirilməkdədir ki, bu da üzv ölkələrin 206 milyonluq əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcəkdir.

Avrasiya İƏT üzvü olan ölkələrin səhiyyə nazirlərinin 4-cü Bişkek görüşündə sosial-humanitar və miqrasiya məsələləri ilə bağlı müzakirələrin aparılacağı da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti