Azərbaycan, Bakı, 10 iyun /TrendLife müx. Eldar Hüseynzadə/
"Mən azərbaycan xalqının zəngin mədəniyyəti ilə tanışam və məni isti qarşıladıqları üçün sizin ölkənin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm",-sözlərini Mərakeşin mədəniyyət naziri Turiya Jabran mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə söyləyib. O, Bakıda keçirilən "Mədəniyyətdə qadının rolu" adlı beynəlxalq forumda iştirak etmək üçün gəlib.
"Bizim bugünkü görüşümüz gələcəkdə ölkələrimiz arasında mədəniyyətin genişlənməsinə təkan verəcək",-T.Jabran bildirib.
Onunla bərabər Azərbaycana Mərakeşin bir çox mədəniyyət nümaynədələri səfər edib: tanınmış şair Həsən Nəcmi, müğənni Mahmud İdrisi.
Görüşdə müzakirə olunan vacib məsələlərdən biri də gələn il Azərbaycanda Mərakeşin mədəniyyət günlərinin keçirilməsi oldu.
"Dekabrın 2-dən 5-nə kimi Bakıda mədəniyyət nazirlərinin konfransı keçiriləcək. Həmin tədbirdə sizi də görmək istərdim. Çox güman ki, konfransda Avropa ölkələrinin mədəniyyət nazirlərindən başqa müsəlman dünyasının mədəniyyət təşkilatlarının nümaynədələri də iştirak edəcək",-nazir bildirib.
Görüşün sonunda hər iki tərəf xatirə hədiyyələri ilə dəyişdilər.