...

Azərbaycan Premyer-Liqasının gümüş medalçısı təlim-məşq toplanışına Bakıda başlayacaq

Cəmiyyət Materials 10 İyun 2008 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycan Premyer-Liqasının gümüş medalçısı Bakının "Olimpik" futbol klubu istirahətini iyunun 13-də başa vuracaq. Bu haqda çərşənbə axşamı "Trend-News"a klubun mətbuat xidmətindən məlumat verilib.

"Olimpik" komandası çempion olmaq imkanını Premyer-Liqanın son turunda Ağdamın "Qarabağ" klubuna məğlub olmaqla itirib.

Klubun mətbuat xidmətindən aldığımız xəbərə görə, transverlər barədə qərar iyunun 13-də, komandanın bir araya gələrək keçirməyi planlaşdırdığı iclasda veriləcək. Komanda əvvəlcə Bakıda toplaşacaq. Hazırlığını bir müddət paytaxtda keçirmək niyyətində olan "təyyarəçilər", sonradan xarici ölkələrdən birinə üz tutacaq.

"Olimpik" indiyədək "Turan"dan Vüsal Qarayevi, "Karvan"dan tunisli Bəşir Müqədini transfer edib.

İkinci yerdə olan"Olimpik" klubu Azərbaycanı UEFA kubokunda təmsil edəcək. Komandanın rəqibi iyulun 1-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq.

"Olimpik"in baş məşqçisi Əsgər Abdullayevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti