...

Azərbaycan UEFA kubokunun oyunlarına ev sahibliyi edəcək

Cəmiyyət Materials 13 İyun 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Araz" futzal klubunun UEFA kubokunda yer aldığı qrupun bütün oyunları Bakıda keçiriləcək. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Futzal üzrə UEFA kubokunun ilk mərhələsində Azərbaycan çempionu "Araz"ın çıxış etdiyi qrupun oyunları ötən il də Bakıda təşkil olunmuşdu. Bu dəfə qrup oyunları sentyabrın 6-dan 14-dək davam edəcək.

Azərbaycanın Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundovdur. O, bu vəzifədə bir neçə gün əvvəl Ağarza Rzayevi əvəzləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti