...

Azərbaycanda yaşayan xalqların mənəviyyatı yalnız din vasitəsilə ifadə edilmir – Prezident Aparatının rəhbəri

Cəmiyyət Materials 18 İyun 2008 17:47 (UTC +04:00)
Azərbaycanda yaşayan xalqların mənəviyyatı yalnız din vasitəsilə ifadə edilmir – Prezident Aparatının rəhbəri

Azərbaycan Prezidenti Aparatının rəhbəri Ramiz Mehdiyevin "Gündəlik dəyişməz qalır: müasirləşdirməyə doğru" məqaləsindən rəy

Azərbaycan yüksək mənəviyyatı ilə seçilən ölkədir. Bununla yanaşı, o, bütün insanlığa xas universal keyfiyyətə malikdir. Bu mənəviyyat cəmiyyət daxilində qarşılıqlı münasibətləri müəyyənləşdirir, Azərbaycanın hər bir vətəndaşının mənəvi-əxlaqi kodeksini təcəssüm etdirir, milli özünüdərkdə prioritet rol oynayır. İslam ölkə vətəndaşlarının əksəriyyətinin həyatının vacib tərkib hissəsi olsa da, Azərbaycanda yaşayan xalqların mənəviyyatı yalnız din vasitəsilə ifadə edilmir. Nə islam, nə də hansısa digər din Azərbaycanda yalnız dini konsepsiya kimi nəzərdən keçirilə bilməz. Etiqad vətəndaşın mədəni-tarixi eyniliyini müəyyən edən amildir və onun həyatımızdakı rolunu məhz bu şəkildə anlamaq lazımdır.

Lakin təəssüf hissi ilə etiraf etmək lazım gəlir ki, dinə münasibət bəzən birmənalı reaksiya doğurmur. Nümunə kimi söyləyə bilərik ki, Qərb dünyasının demoqrafik islamlaşması nəticəsində, biz görürük ki, bəzi qüvvələr dini radikallaşma, siyasi rəqabət və çirkin mübarizə vasitəsinə çevirməyə çalışırlar. Müəyyən xarici qüvvələr, müstəqillik qazandıqdan sonra, siyasi islamı Azərbaycanın da ictimai həyatına daxil etməyə cəhd göstəriblər. Lakin hakimiyyət bizim əsrlərlə sınanmış mənəviyyatımızı bu cəhdlərə qarşı qoya bildi, vaxtında və qətiyyətlə onların qarşısı alındı. İnsanların etiqadı dinin siyasi amil kimi istifadəsinə yol vermir.

Hər bir din sülh və razılıq, tolerantlıq və dözümlülük amiliidir və buna görə də kütləvi şüura təsir vasitəsi kimi tətbiqi, bu və ya digər siyasi sifarişin reallaşdırılmasına istiqamətlənən mühitin formalaşdırılması onların fəlsəfi mahiyyətinə ziddir. Din radikal niyyətlərin oybekti olmamalı və sosial təzyiq vasitəsi kimi çıxış etməməlidir. Azərbaycanda səmavi dinlərin roluna və yerinə yüksək ehtiram göstərilir, eyni zamanda tolerant məkan olaraq, burada qeyri-ənənəvi dini cərəyanların yeri var. Lakin heç bir din və dini cərəyan siyasi, iqtisadi və ya sosio-mədəni qaydanın dəyişdirilməsi amili kimi istifadə edilə bilməz.

Din milli eynilik, mentallıq elementi və sabit cəmiyyət və dinc birgəyaşayış strukturunun qurulması fikrinə xidmət edən Azərbaycan sosiumunun arxetipidir. Bununla yanaşı, biz aydın şəkildə anlayırıq ki, etiqad və biliyin sintezi olmadan, total müasirləşmə üçün millətin nəhəng mənəvi ehtiyatından tam istifadə edə, millətin digər ehtiyatının - intellektin vacibliyini tam mənası ilə dərk edə bilməyəcəyik. Etiraf etmək lazımdır ki, XX əsrdə materializmin ağalığı başa çatıb. Onun qalıqları cəmiyyətin irəliyə hərəkətinə mane olur, belə ki, o intellekt və mənəviyyatın rolunu azaldır.

Xəbər lenti

Xəbər lenti