Azərbaycan, Bakı, 19 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan hesab edir ki, ölkədə narkotik maddələrdən istifadə edən gənclərin dəqiq statistikası yoxdur. "Azərbaycanda narkotik maddələrdən istifadə edən gənclərin əksəriyyəti narkoloji dispanserlərə müraciət etmir", cümə axşamı jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Trend -un arayışı: Əvvəllər Azərbaycanda narkotiklərdən istifadə edən gənclərin yaş həddi 25-dən yuxarı göstərilirdisə, artıq bu rəqəm 19-na enib. Qeyri-rəsmi statistikada isə bu rəqəm 15-16 yaş arasındadır. Statistik məlumatlar və faktlar son illərdə gənc qadınlarıın "ağ ölüm"ə aludəliyinin artdığını göstərir, bu da böyük narahatlıq doğurmaya bilməz.
Rəhimov deyib ki, xarici təşkilatların təhlillərində Azərbaycanda narkotiklərdən istifadə edənlərin sayının 20 mindən 80 minədək olduğu qeyd edilir. Nazirin sözlərinə görə, Azərbaycanda narkotiklərdən istifadə ilə bağlı vəziyyət digər ölkələrlə müqayisədə normaldır.
Rəhimov qeyd edib ki, gənclərin narkotik vasitələrdən istifadəsinin qarşısını almaq üçün Azərbaycan hökuməti maarifləndirmə işini gücləndirib və reklam çarxları hazırlayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]